Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyaya yola düşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 4 may tarixində Praqa şəhərində keçiriləcək Vişeqrad 4 (Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Çexiyaya yola düşüb.
İclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.