Nazir Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasındakı Səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Nazir Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasındakı Səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd olunub.
Səfir Vinod Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Vinod Kumara gələcək fəaliyyətində uğurlar arzu edib.