news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 yanvar 2016

Kosta Rikanın Azərbaycanda səfirlik açmaq niyyəti haqqında

Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada Kosta Rika Respublikasın 2016-cı ildə Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta Rika Respublikasının bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti