Kazan şəhərində ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar
Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Kazan şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan Respublikası vətəndaşlarının olmasını Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidməti ilə araşdırır.
Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katibi Andrey Rodigenin Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verdiyi məlumata görə hazırkı vaxtda bir nəfər Azərbaycan Respublikası vətəndaşının yanğın zamanı həyatını itirdiyi müəyyən olunub.
Əlavə məlumat daxil olan kimi kütləvi informasiya vasitələrinə məlumat veriləcəkdir.