İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına işgüzar səfər edəcəkdir
9-10 fevral 2016-cı il tarixində İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına işgüzar səfər edəcəkdir.
Səfər çərçivəsində Marqot Vallströmün 10 fevral 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 10 fevral tarixində saat 11:15-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.