İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir
15-16 fevral 2015-ci il tarixində İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 16 fevral tarixində saat 11:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.