news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 mart 2016

Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir

6-7 mart 2016-cı il tarixində Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir.

Səfər çərçivəsində Mixeil Canalidzenin 7 mart 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 7 mart tarixində saat 11:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti