news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 avqust 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəli həmkarı Mövlud Çavuşoğluna Qaziantep vilayətində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı məktubu göndərib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli terror aktı ilə əlaqədar həmkarı Mövlud Çavuşoğluna 21 avqust 2016-cı il tarixli başsağlığı məktubu ünvanlayıb.

Məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib. O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti