news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 dekabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.

Elmar Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək Serqey Lavrova dərin hüznlə başsağlığını ifadə edib.

Elmar Məmmədyarov məktubda həmçinin öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti