Xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanı Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib
20 mart 2015 06:37
Xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanı Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan ilə Banqladeş arasında əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Elmar Məmmədyarov səfir Zulfiqur Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.