Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hüsnan Bəy Fananini qəbul edib
Görüşdə səfir Hüsnan Bəy Fanani etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim etdi.
Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi. Azərbaycan və İndoneziya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd olundu.
Səfir Hüsnan Bəy Fanani diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirdi.