Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Aurelia Buşeni qəbul edib
Görüşdə səfir Aurelia Buşe etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim etdi.
Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Səfir Aurelia Buşe diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir Elmar Məmmədyarov səfir Aurelia Buşeyə diplomatik fəaliyyətində uğurlar arzu etdi.