news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 avqust 2016

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti