Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Republikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.
Elmar Məmmədyarov səfir Mixail Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.
Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətarfında fikir mübadiləsi aparıldı.