news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 may 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupun rəhbəri səfir Dejan Şahoviçi qəbul edib

Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin uğurla inkişaf etdiyi bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında sıx təmasların olduğunu diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı. O əlavə etdi ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.

Görüşdə ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparıldı. 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti