Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Amangeldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Amangeldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət və tranzit sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.
Səfir Amangeldi Jumabayev diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir Amangeldi Jumabayevə gələcək fəaliyyətində uğurlar arzu edib.