news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 iyul 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb

7-8 iyul 2015-ci il tarixində Xorvatiyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Nazir E.Məmmədyarov prezident seçilməsi münasibətilə xanım Kolinda Qrabar-Kitaroviçə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səmimi təbrikini və salamlarını çatdırdı. 

Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç səmimi təbrikə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə etdi və Prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş etdi.

Görüş zamanı Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya rəsmi səfərinin və səfər çərçivəsində “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”nin imzalanmasının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi üçün əlverişli siyasi zəmin yaratdığı qeyd olundu.

Həmçinin görüş zamanı Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədilə yaradılmış birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulandı. 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti