news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 sentyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb.

Görüşdə Azərbaycan-Avstriya arasında siyasi dialoqun intensiv xarakter daşıdığı və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirdi.

Sebastian Kurz Azərbaycan hökuməti tərəfindən yaradılan biznes mühitini təqdir etdiklərini və Avstriya şirkətlərinin ölkəmizə sərmayə yatırtmaqda maraqlı olduğunu diqqətə çatdırdı. O, Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətində olduğunu da qeyd etdi.

Nazir Elmar Məmmədyarov ölkəmizin Avstriya ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu, bu xüsusda Avstriya sərmayəsinin ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminlik ifadə etdi.

ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi Avstriyanın mövcud münaqişələrin həllinə səylər göstərəcəyini bildirən Sebastian Kurz, bu statusda Azərbaycana səfər etmək, ikitərəfli və çoxtərəfli formatda müxtəlif məsələləri müzakirə etmək niyyətində olduğunu bildirdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti