news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 sentyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Cənubi və Mərkəzi Amerika regionu ölkələri ilə münasibətlərə xüsusi önəm verdiyini, bu xüsusda, Azərbaycanın Kosta-Rika ilə də əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Kosta-Rikalı nazirin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edərək, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirdi.

Kosta-Rikalı nazir Manuel Qonsales Sanz azərbaycanlı həmkarı ilə yenidən görüşməsindən məmnunluq hissi keçirdiyini bildirərək, ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın genişdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.

Görüşdə həmçinin iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olundu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti