news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 may 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən qonağın şərəfinə Fransa XİN-də işçi nahar təşkil edilib.

Söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdirdi. Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə atıla biləcək növbəti addımlar barəsində müzakirələr apardı.

Tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi apardı. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini vəd etdi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti