news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 sentyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Ferudin Sinirlioğlunu qəbul edib

Elmar Məmmədyarov iki qardaş dövlət arasında strateji xarakterli tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini qeyd etdi.

Türkiyə ilə əməkdaşlığın bütün sahələrində nümunəvi tərəfdaşlıq münasibətləri qurulduğunu deyən nazir iki dost dövlətin əməkdşalığı sayəsində irimiqyaslı, qlobal xarakterli enerji və infrastruktur layihələri həyata keçirildiyini bildirdi. Bu xüsusda nazir TANAP layihəsi üzrə işlərin plana uyğun şəkildə aparıldığını, Bakı-Tiflis-Qars dəmiryol xəttinin inşasının isə bu ilin sonu və ya gələn ilin əvvəlində tamamlanacağına ümidvar olduğunu dedi.

Elmar Məmmədyarov həmçinin Türkiyənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında Ermənistan-Azərbaycan münaqişəsinə dair dəyişməz və qəti mövqeyinə görə bir daha təşəkkür etdi.

Nazir Feredun Sinirlioğlu Azərbaycanın əldə etdiyi nailiyyətləri və inkişafından qardaş ölkə olaraq Türkiyənin qürur duyduğunu qeyd etdi. O, iki dövlətin bir-birilərinin yanında olduğunu və qarşılıqlı dəstəklərini əsirgəmədiklərini vurğuladı.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. 

 

  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti