Xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqa yola düşüb
Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 20 aprel 2015-ci il tarixində Lüksemburqda keçiriləcək Şərq tərəfdaşlığında iştirak edən ölkələrin və Avropa ittifaqına üzv ölkələrin xarici İşlər nazirlərinin 6-cı görüşündə iştirak etmək məqsədilə Lüksemburqa yola düşüb.