news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 may 2016

Xarici işlər naziri Elmar Məmmədyarov və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib

Xarici işlər naziri Elmar Məmmədyarov və Almaniya Federativ Respublikasının Xarici işlər naziri Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib.

Görüşdən öncə hər iki nazir jurnalistlər üçün birgə bəyanatla çıxış ediblər.

Dostluq və səmimi şəraitdə keçən görüşdə Azərbaycan-Almaniya münasibətləri, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Ermənistan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə almaniyalı həmkarına ətraflı məlumat verdi. Nazir əlavə etdi ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Nazir münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllinə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib.

Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti