CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane Azərbaycana rəsmi səfər edəcəkdir
Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane 28-29 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində xanım Maite Nkoana-Maşabanenin 29 noyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 29 noyabr tarixində saat 12:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.