Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak Azərbaycana rəsmi səfər edəcəkdir
Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak 1-2 dekabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində İqor Çrnadakın 1 dekabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 1 dekabr tarixində saat 11:10-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.