news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 noyabr 2015

BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyasında qəbul olunmuş qətnaməyə dair Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatı

2-6 noyabr 2015-ci tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyası keçirilib.

Sessiyada Azərbaycan Respublikasının təşəbbüsü ilə “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə qəbul edilib.

Azərbaycan Respublikasının irəli sürdüyü bu qətnaməyə Əlcəzair, Banqladeş, Braziliya, Kamboca, Fici, İndoneziya, İsrail, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Oman, Paraqvay, Peru, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Fələstin Dövləti, Sudan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam həm-müəllif kimi qoşulub.

Qəbul olunmuş qətnamənin qəbulu texnoloji yeniliklər vasitəsilə səmərəli ictimai xidmətlərin göstərilməsi sahəsində Azərbaycanın ASAN Xidmət təcrübəsinin təşviq olunması, əldə edilmiş nailiyyətlərin bölüşülməsi və müsbət yeniliklərin mübadiləsi üçün əlverişli imkanlar yaradır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti