news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 yanvar 2015

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın Sənaye və Ticarət Naziri ilə görüşüb

Cari ilin 26 yanvar tarixində Azərbaycan Rspublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov  Vyetnamın Sənaye və Ticarət Naziri Vu Huy Hoang ilə görüşüb.

Görüş zaman iki ölkə arasında iqtisadi sahədə əməkdaşıq məsələləri, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycanın neft avadanlığı istehsal edən şirkətlərinin Vyetnam bazarına çıxarılması və ticarət dövriyyəsinin artırılması imkanları müzakirə edilib.

İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam - Azərbaycan Hökumətlərarası Komissiyanın yaradılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti