news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 dekabr 2016

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin hüquqi statusu üzrə məsələhətləşmələr keçirilib

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin hüquqi statusu üzrə Bakıda ikitərəfli məsləhətləşmələr keçirilib.

Görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstan Respublikasını isə Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova təmsil etdi.

Görüşdə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi, eləcə də Xəzər dənizi ilə bağlı digər aktual mövzular üzrə geniş fikir mübadiləsi aparıldı. Xəzəryanı ölkələrin Dövlət Başçılarının növbəti Zirvə Toplantısına qədər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin tam şəkildə razılaşdırılması və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti görüşünün Aşqabadda səmərəli keçirilməsi üçün birgə səylərin artırılması vacibliyi vurğulandı.

Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti