9 noyabr 2020-ci il tarixindən etibarən Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı normallaşma ilə bağlı əsas hadisələrin xronologiyası

  • 10 noyabr 2020-ci il – Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Üçtərəfli Bəyanatı
  • 11 yanvar 2021-ci il – Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvada Üçtərəfli Bəyanatı
  • 30 yanvar 2021-ci il – Moskva şəhərində Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri ilə təmsil olunan Üçtərəfli İşçi Qrupun ilk iclası
  • 14 oktyabr 2021-ci il – Minsk şəhərində Rusiya Federasiyası xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş
  • 26 noyabr 2021-ci il – Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə Üçtərəfli Bəyanatı
  • 14 dekabr 2021-ci il – Aİ Şurası Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə 1-ci üçtərəfli görüşü
  • 04 fevral 2022-ci il – Şurası Prezidenti və Fransa Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə videoformatda görüşü
  • 6 aprel 2022-ci il – Aİ Şurası Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə 2-ci görüşü
  • 11 aprel 2022-ci il – Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk birbaşa telefon danışığı
  • 23 aprel 2022-ci il – Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikinci birbaşa telefon danışığı
  • 12 may 2022-ci il – Tacikistanın Düşənbə şəhərində Rusiya Federasiyası xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş
  • 22 may 2022-ci il – Aİ Şurası Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə 3-cü üçtərəfli görüşü
  • 23 may 2022-ci il – Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  • 24 may 2022-ci il tarixində Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycan Respublikası Baş nazirinin müavini və Ermənistan Respublikası Baş nazirinin müavini tərəfindən təmsil olunan Azərbaycan və Ermənistan arasında Sərhədin Delimitasiyası üzrə Komissiyanın ilk iclası
  • 3 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın və Rusiya Federasiyası Baş nazirin müavini Aleksey Overçukun həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupun 10-cu iclası
  • 16 iyul 2022-ci il - Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ilk ikitərəfli görüş
  • 30 avqust 2022-ci il - Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini və Ermənistan Respublikası Baş nazirinin müavini tərəfindən təmsil olunan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın ikinci iclası
  • 31 avqust 2022-ci il – Aİ Şurası Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə 4-cü üçtərəfli görüşü
  • 19 sentyabr 2022-ci il – BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ dövlət katibinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş
  • 27 sentyabr 2022-ci il – Vaşinqton şəhərində ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın görüşü
  • 2 oktyabr 2022-ci il - Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikinci ikitərəfli görüş
  • 4 oktyabr 2022-ci il – ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə nazir Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli telefon danışığı
  • 6 oktyabr 2022-ci il - Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Praqada “Avropa Siyasi Birliyin”in birinci Zirvə toplantısı çərçivəsində Fransa Respublikasının Prezidenti və Avropa İttifaqı Şurasının sədrinin iştirakı ilə görüş
  • 14 oktyabr 2022-ci il - Astana şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş
  • 31 oktyabr 2022-ci il – Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi üçtərəfli bəyanatı
  • 3 noyabr 2022-ci il - Brüssel şəhərində Azərbaycan Respublikası Baş nazirinin müavini və Ermənistan Respublikası Baş nazirinin müavini tərəfindən təmsil olunan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın üçüncü iclası
  • 7 noyabr 2022-ci il - ABŞ-ın Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş
  • 6 dekabr 2022-ci il - Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın və Rusiya Federasiyasının Baş Nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun 11-ci iclası
  • 18 fevral 2023-cü il - Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü
  • 1-4 may 2023-cü il - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Virciniya ştatının Arlinqton şəhərində aparılan danışıqlar
  • 14 may 2023-cü il - Aİ Şurası Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə 5-ci üçtərəfli görüşü
  • 19 may 2023-cü il - Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında aparılan danışıqlar
  • 25 may 2023-cü il - Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın üçtərəfli Zirvə Görüşü
  • 1 iyun 2023-cü il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında Kişinyov şəhərində baş tutan üçütərəfli, daha sonra isə Almaniya və Fransa liderlərinin iştirakı ilə beştərəfli qeyri-rəsmi görüşlər
  • 2 iyun 2023-cü il - Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın və Rusiya Federasiyası Baş Nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun 12-ci iclası
  • 27-29 iyun 2023-cü il - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində aparılan ikitərəfli danışıqlar
  • 12 iyul 2023-cü il - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyalarının dördüncü iclası
  • 15 iyul 2023-cü il - Aİ Şurası Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə 6-cı üçtərəfli görüşü
  • 25 iyul 2023-cü il - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, ardınca Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər
  • 26 sentyabr 2023-cü il - Brüssel şəhərində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşü
  • 23 oktyabr 2023-cü il - Tehranda “3+3” formatı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü
  • 30 noyabr 2023-cü il - Azərbaycan Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyalarının beşinci iclası
  • 7 dekabr 2023-cü il – Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənistan Respublikası Baş Naziri Aparatının birgə bəyanatı
  • 31 yanvar 2024-cü il Azərbaycan Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyalarının altıncı iclası
  • 17 fevral 2024-cü il Almaniya Federativ Respublikasının Kansleri O.Şoltzun təşkilatçılığı ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş nazirinin görüşü
  • 28-29 fevral 2024-cü il Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniya tərəfinin təşkilatçılığı ilə Berlində görüşü
  • 7 mart 2024-cü ilAzərbaycan Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyalarının yeddinci iclası
  • 22 mart 2024-cü il Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin birinci görüşü
  • 19 aprel 2024-cü il Azərbaycan Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyalarının səkkizinci iclası
  • 10-11 may 2024-cü il Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstan tərəfinin təşkilatçılığı ilə Almatıda görüşü
  • 15 may 2024-cü il Azərbaycan Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyalarının doqquzuncu iclası
  • 16 may 2024-cü il Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü
  • 10 iyul 2024-cü il ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda danışıqlar
  • 30 avqust 2024-cü il Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada imzalanması
  • 26 sentyabr 2024-cü il ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu Yorkda danışıqlar.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti