news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2015

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev “Şimali və Mərkəzi Asiyada tranzit dəhlizinin yaradılması” mövzusunda təşkil olunacaq xüsusi məsləhətləşmə iclasında iştirak edəcək.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 26-30 may 2015-ci il tarixində Tailandın Banqkok şəhərində keçiriləcək “Şimali və Mərkəzi Asiyada tranzit dəhlizinin yaradılması” mövzusunda təşkil olunacaq xüsusi məsləhətləşmə iclasında iştirak edəcək.

Sözügedən tədbirdə davamlı inkişafın üç ölçüsünün balanslaşdırılması, Asiya və Sakit okean regionunda əhatəli və davamlı sosial-iqtisadi inkişaf üçün əsas təhdidlər mövzusunda müzakirələr aparılacaq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti