Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasının Somali toplantısında çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasının Somali toplantısında çıxışı
Nyu-York, 12 yanvar 2012-ci il
Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Naziri xanım Maite Mkoana-Maşanabeni salamlamaq istərdim. Həmçinin Baş Katibin müavini Lin Paskoya, Afrika Birliyinin Sülh və Təhlükəsizlik üzrə kommissarı səfir Lamamraya və AMİSOM-u (Somalidə Afrika İttifaqının Missiyası) ordu hissələri ilə təmin edən ölkələrinin nümayəndələrinə etdikləri çıxışlara görə öz təşəkkürümü bildirirəm.
Çətinliklərin öhdəsindən gəlmiş, sülhə nail olmuş və təhlükəsiz, sabit, birləşmiş, demokratik və çiçəklənən bir xalq yaratmış Somalinin Federal Keçid Hökumətini dəstəklədiyimizi bildirirəm.
İcazə verin Somali təhlükəsizlik qüvvələrinin və ordu hissələri ilə təmin edən ölkələrin səylərini qiymətləndirərək, Afrika İttifaqının Somalidəki Missiyasını (AMİSOM) tam dəstəklədiyimizi qeyd edim.
Mən həmçinin Somalidə sülhün və milli barışığın əldə olunmasında, ölkədə humanitar böhranla üzləşmiş insanların ehtiyaclarının qarşılanması sahəsində göstərdiyi köməkliyə görə İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan ölkələrin səylərini qiymətləndirirəm.
Biz bütün tərəflərin köməkliyi ilə bu ölkədəki siyasi, humanitar və təhlükəsizlik problemlərinin həllinə yönəlmiş çoxyönlü strategiya əsasında Somalidəki mürəkkəb vəziyyətə ehtiyat və həssaslıqla yanaşmaqda davam etməliyik.
Somalinin keçid hökumətinin öz fəaliyyətini 2012-ci ilin avqust ayında dayandıracağını nəzərə alaraq, ötən 5 ildə əldə edilmiş təhlükəsizlik və siyasi irəliləyişi qoruyub saxlamaq, eyni zamanda, bütün addımların nəticə etibarilə yol xəritəsinin təhvil verilməsinə aparıb çıxarması üçün xüsusi səylər göstərilməlidir.
Aydındır ki, regionda təhlükəsizliyin təmin edilməsi AMİSOM-un öz mandatının yerinə yetirməsi məqsədilə hazırlığının möhkəmləndirilməsi üçün bütün zəruri resurslarla təmin edilməsi də daxil olmaqla, beynəlxalq ictimaiyyətin müvafiq dəstəyi olmadan baş verə bilməz,
Baş Katibin Somali ilə bağlı son hesabatında da qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatının və AMİSOM-un resursları missiyanın üzləşdiyi çağırışlara və mandatına uyğun deyildir. Baş Katibin fikri ilə tam razı olaraq, biz də bildiririk ki, Somalinin yol xəritəsinin yaradılması üçün uzun müddətli yardıma ehtiyacı vardır. Afrika İttifaqı Sülh və Təhlükəsizlik Şurasının 5 yanvar 2012-ci tarixli qərarları və BMT-nin Təhlükəsizlik Şurasına müraciəti də nəzərə alınmalıdır.
Biz həmçinin, Somalidə təhlükəsizlik qurumlarının yaradılmasında beynəlxalq təşkilatların davamlı yardımlarının vacib olduğunu vurğulamaq istərdik. Asimmetrik terrorist hücumlarına qarşı mübarizədə müvafiq hərbi təminata ehtiyac olduğunu qeyd etmək istərdik.
Somalidə insanların yaşayış vəziyyətinin getdikcə pisləşməsindən son dərəcə narahatıq. Azərbaycan Afrika Buynuzu ölkələrində və regionda böhrandan ən çox əziyyət çəkən ölkə olan Somalidə humanitar böhranın aradan qaldırılması məqsədilə təcili yardımın təmin edilməsi üçün ayrı-ayrı hökumətlərin və beynəlxalq təşkilatların çağırışına cavab vermişdir. BMT-nin Birgə Müraciətinə tövhə vermək də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Somalini dəstəkləməsi vacibdir. Eyni zamanda, bütün tərəflər maneəsiz humanitar yardımın çatdırılmasına şərait yaratmalı, yerli əhali və onların təhlükəsizliyinə xələl gətirən addımlardan çəkinməlidirlər. Həmçinin, Somalidəki qaçqın və məcburi köçkün məsələsi üçün uzunmüddətli həll yolunun tapılması məqsədilə səylərin ikiqat artırılmasına ehtiyac vardır. Azərbaycan Somalidə və regionun digər ölkələrində ehtiyac içində olanlara öz dəstəyini davam etdirməyə hazırdır.