news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 may 2015

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfər edəcək.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə 24-26 may 2015-ci il tarixində Rusiyaya rəsmi səfər edəcək.

Səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Sergey Lavrov və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti