Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Repsublikasındakı səfiri Elman Abdullayev Efiopiya Parlamentinin spikeri Abadulla Gemeda ilə görüş keçirdi
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Repsublikasındakı səfiri Elman Abdullayev Efiopiya Parlamentinin spikeri Abadulla Gemeda ilə görüş keçirdi.
Görüş əsnasında Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulandı və bunun üçün geniş potensialın movcud olduğu qeyd olundu.
Parlament sədri Efiopiyanın Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə çox maraqlı olduğunu, qarşılıqlı şəkildə parlamentlərarası dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlərin təşkilinə dair Efiopiya tərəfinin hazır olduğunu bildirdi.
Elman Abdullayev Azərbaycanın böyük iqtisadi uğurlara imza atdığını, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması nəticəsində beynəlxalq təşkilatlarda mühüm yer tutduğunu, hər il müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyini və bu ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyini qeyd etdi. Ölkəmizin diplomatiyasının coğrafiyasının genişləndiyi və xarici siyasətimizdə Afrika ölkələri ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi vurğulandı.
Görüş zamanı Azərbaycanla Efiopiya arasındakı münasibətlərin güclü bazası olduğu və Azərbaycan Universitetlərindən 500 yaxın efiopiyalının məzun olduğu edildi.
2013-cü ildə ölkəmizdə səfərdə olduğunu və Azərbaycanın sürətli və hərtərəfli inkişafının ona olduqca yüksək təəssürat bəxş etdiyini qeyd edən Efiopiya Parlamentinin sədri Abadulla Gemeda ölkəmizin nailiyyətlərini yüksək qiymətləndirdi. Efiopiya Parlamentinin sədri böyük iqtisadi gücə və potensiala malik olan Azərbaycanın işgüzar dairələrini Efiopiyada mövcud olan investisiya layihələrində iştirak etməyə dəvət etdi və iki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi vacibliyini ifadə etdi.