Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin vitse-Prezidenti, Baş naziri, Müdafiə naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktumun xanımı ilə görüş keçirib
2015-ci ilin 29 yanvar tarixində Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin vitse-Prezidenti, Baş naziri, Müdafiə naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktumun xanımı Ülyahəzrətləri Haya bint Əl Hüseyn ilə görüş keçirib.
Görüş zamanı Pərviz İsmayılzadə Baş konsulluğun Dubay Əmirliyində fəaliyyəti və dövlət qurumları ilə yüksək səviyyədə olan münasibətlərindən söhbət açdı.
Ülyahəzrətləri Haya bint Əl Hüseyn Bakı şəhərinə etdiyi son səfərindən danışaraq, səfərdən məmnun qaldığını, Azərbaycan və paytaxt Bakının sürətli inkişafının onda böyük təəssürlar doğurduğunu diqqətə çatdırdı.
Ülyahəzrətləri Haya bint Əl Hüseyn Azərbaycan ilə əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını qeyd edərək, bu istiqamətdə lazımı dəstəyin göstəriləcəyini vurğuladı.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.