news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 may 2016

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında çıxışı

Brüssel şəhəri, 20 may 2016-cı il

Hörmətli Baş katib,

Hörmətli cənab Nazir Rəbbani,

Hörmətli həmkarlar və dostlar,

Azərbaycan stabillik və güvənin əldə olunması yolunda qəti şəkildə Əfqanıstanın yanındadır.

Bu gün Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Əfqanıstan ərazisində ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) missiyasının başa çatmasının ardınca təhlükəsizliyin təmin olunmasının tam məsuliyyətini öz üzərinə götürüb. Bununla belə, biz bu ölkənin hələ də təhdidlərlə qarşılaşdığını və əfqan dostlarımıza daha çox dəstək verməli olduğumuzu bilirik. Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə və qüvvələrin, multimodal tranzit, təlim və maliyyə yardımının təmin edilməsi ilə Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermə işinə sadiqdir.

Bu xüsusda, mən qətiyyətlə bir daha vurğulayıram ki, mənim ölkəm 2016-ci il ərazində Qətiyyətli Dəstək Missiyasına töhfə verməkdə davam edəcək. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun (ƏMO) İnam Fonduna müvafiq əhəmiyyətli ianə etmişdir və 2017-ci ilin sonuna kimi bu fonda maliyyə dəstəyinin göstərilməsini öz üzərinə götürmüşdür.

Bundan başqa, Azərbaycan Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və əməli əməkdaşlığa sadiq qalır. Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra mənim ölkəm inkişaf etmiş Davamlı Tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tutur.

Sonda onu da qeyd etmək istərdim ki, mənim ölkəmin Əfqanıstanın stabilliyinə verdiyi töhfəsi yalnız NATO-nun əməliyyatlarında iştirakla məhdudlaşmır. Mədəni və coğrafi cəhətdən yaxın ölkə kimi, biz, təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, sərmayələr, eləcə də cəmiyyətdə qadınların rolunun artırılması sahəsində əməli töhfələrin artırılması ilə gələcək güvənin əldə edilməsi istiqamətində Əfqanıstanın islahatlar yolunu dəstəkləyirik. Yeni İpək Yolunun əhəmiyyətli parçası olaraq Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək vermək məqsədilə Əfqanıstan və Avropanı birləşdirəcək.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti