Fariz Fikrət oğlu RZAYEV

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1994-1998-ci illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.

1998-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini tamamlamışdır.

2000-2003-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləmişdir.

2003-2005-ci illərdə Vyana şəhərində Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyində çalışmışdır.

2005-2008-ci illərdə Xarici İşlər Nazirliyində diplomatik xidmətini davam etdirmişdir.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Brüssel şəhərindəki Avropa İttifaqı yanında Nümayəndəliyinə ezam olunmuşdur.

2011-2013-cü illərdə Brüssel ezamiyyətindən qayıdaraq, Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə davam etmişdir.

2013-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini tutmuşdur.

2015-ci ilin iyunundan 2017-ci ilin yanvarınadək Təhsil Nazirliyinin aparat rəhbərinin müavini postunda fəaliyyət göstərmişdir.

2017-ci ilin yanvarından iyununadək Təhsil Nazirliyinin aparat rəhbəri işləmişdir.

2017-ci ilin iyunundan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinin rəis müavini vəzifəsində çalışmışdır.

2020-ci ilin sentyabrından Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavinidir.




Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti