Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Azərbaycan - İslam İnkişaf Bankı (İİB) münasibətləri

Azərbaycan 1992-ci ildən İİB ilə əməkdaşlıq edir. İİB-in kapitalında ölkənin payı 0.1%-dir.

 

Azərbaycanda İİB üzrə ölkə rəhbəri (governor) AR iqtisadiyyat naziri M.Cabbarov, alternativ rəhbər isə (alternate governor) AR maliyyə naziri S.Şərifovdur.

 

Azərbaycan Albaniya, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğız Respublikası və Qazaxıstanın da daxil olduğu ölkələr qrupunun üzvüdür. Ölkələr qrupunun rəhbəri Özbəkistanın təmsilçisi B.Alikhanov-dur.  

 

Azərbaycan eləcə də, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (International Trade Finance Corporation) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (Islamic Corporation for the Development of Private Sector) üzvüdür.

 

İİB tərəfindən Azərbaycanda ümumilikdə 938.4 milyon ABŞ dolları məbləğində 21 layihə həyata keçirilmişdir (19-u tamamlanıb, 2-si icradadır).

 

8 dekabr 2016-cı ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında Anlaşma Memorandumu imzalanmışdır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti