Ümumi məlumat

Azərbaycan Respublikası ilə müvafiq xarici ölkə arasında diplomatik və/və ya xidməti pasport sahiblərinin vizadan azad olunması barədə qarşılıqlı razılaşma olmadığı təqdirdə, Azərbaycan Respublikası vətəndaşının diplomatik və ya xidməti pasportuna sahib olan şəxslər xidməti işlə əlaqədar xarici ölkələrə ezam edilən zaman belə xarici ölkəyə getmək üçün diplomatik və ya xidməti viza əldə etməlidirlər.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının diplomatik və ya xidməti pasportuna malik şəxslər xidməti işlə əlaqədar səfər ediləcək xarici ölkəyə viza əldə etmək üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müvafiq notası əsasında müvafiq ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.

Birbaşa Azərbaycan Respublikası ərazində mövcud olmayan xarici ölkə diplomatik nümayəndəlik və konsulluqlarına müraciət etmək üçün belə xarici ölkənin Azərbaycan Respublikasında akkreditə olunmuş, lakin binası 3-cü xarici ölkə ərazisində yerləşən diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət edə bilərsiniz.

 

Son yenilənmə tarixi: 24.02.2014