Az | En
Liviyada “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası həyata keçirilmişdir (18-22 fevral 2013-cü il)

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət  göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə İslam İnkişaf Bankı arasında strateji tərəfdaşlıq çərçivəsində 2012-ci ilin dekabrında Burkina Faso və Çadda həyata keçirilmiş “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının davamı olaraq, növbəti humanitar aksiya 2013-cü ilin 18-22 fevral tarixlərində Liviyanın Ubari şəhərində təşkil olunmuşdur.

Sözügedən aksiya ərzində ödənişsiz əsasda 1165 nəfər yerli əhali müayinədən keçmiş, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 200 nəfər isə katarakt cərrahiyyə əməliyyatları nəticəsində yenidən öz sağlamlığına qovuşmuşdur.

Azərbaycanın iştirak etdiyi bu humanitar aksiya Liviyanın kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

AİDA Agentliyi və İslam İnkişaf Bankı tərəfindən qeyd olunan kampaniyanın carı il ərzində daha səkkiz Afrika ölkəsində də keçirilməsi nəzərdə tutulur.

                                

                                

Foreign Ministry
AzerbaijanMFA
Join the conversation
Xəbərlər Sənədlər Sayt üzrə