Az | En
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Neft quyularının geologiyası və Neftin emalı metodlarında üstünlüklər” mövzusunda 10 günlük kurs təşkil etmişdir, 13 dekabr 2010-cu il

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, inkişaf etməkdə olan dövlətlərə texniki yardım layihəsi çərçivəsində, ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” elmi-tədqiqat İnstitutu ilə birgə carı ilin dekabr ayında Bakı şəhərində “Neft quyularının geologiyası və Neftin emalı metodlarında üstünlüklər” mövzusunda 10 günlük kurs təşkil etmişdir.

Kurslarda Monqolustan, Vyetnam, Efiopiya, Seneqal, Yəmən, və Qambiyadan olan neft və qaz sahəsi üzrə mütəxəsislər iştirak etmişlər.

Kursların həyata keçirilməsində məqsəd:

- Azərbaycan Respublikasının beynəlxalq yardım siyasətinə müvafiq olaraq inkişaf etməkdə olan dövlətlər üçün kadrların hazırlanmasına köməkliyin göstərilməsi;
- Ölkəmiz tərəfindən uzun illər boyu neft və qaz sahəsində əldə olunmuş uğurların və təcrübənin iştirakçılar ilə bölüşüldürülməsi;
- Kurs iştirakçılarının Azərbaycanla daha yaxından tanış olması və Azərbaycan həqiqətlərinin onların diqqətə çatdırılması olmuşdur.

Kursun bitməsi ilə əlaqədar, 10 dekabr 2010-cu il tarixində Dövlət Neft Akademiyasında təntənəli mərasim təşkil olunmuşdur.  Mərasimdə AR Xarici İşlər Nazirinin müavini M.Məmməd-Quliyev və “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” elmi-tədqiqat İnstitutunun direktoru Prof. E.Ramazanova çıxış etmiş və kurs iştirakçılarına sertifikatlar təqdim etmişlər.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası inkişaf etməkdə olan dövlətlərə texniki yardım layihəsi çərçivəsində indiyədək təhlükəsizlik və diplomatiya sahəsində də bu kimi kurslar təşkil etmişdir. 
 AR Xarici İşlər Nazirliyi gələcəkdə müxtəlif sahələri əhatələyən kursların həyata keçirilməsini planlaşdırır.

mmquliyev_1.jpg

mmquliyev_2.JPG

Foreign Ministry
AzerbaijanMFA
Join the conversation
Xəbərlər Sənədlər Sayt üzrə
Səyahət xəbərdarlığı