No:147/23, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna qəbula dair mətbuat məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.

 

Könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərlə tanış olduqdan sonra, tələblərə uyğun olduqları təqdirdə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

 

10 aprel 2023-cü il müraciətlərin qəbulu üçün son tarixdir.

 

Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur. 

 

Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti