No:323/26, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə dair mətbuat məlumatı 

24 iyul 2026 21:30

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, iyunun 26-da isə danışıq bloku üzrə imtahan keçirilib.

 

İmtahan iştirakçıları nəticələr ilə DİM-in internet saytında tanış ola bilərlər. 

 

Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə azı 60% nəticə göstərən 129 namizəd buraxılıb.

 

Xarici dil imtahanının hər iki hissəsində 126 nəfər iştirak edib.

 

Müsabiqənin ikinci mərhələsinin nəticələri ilə daha təfərrüatlı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti