No:318/26, Gəmi kapitanının cənazəsinin ölkəmizə yola salınması barədə mətbuat məlumatı
18 iyul 2026 18:44
Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində, 17 iyul tarixində “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb.
Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!