No:306/26, 9 iyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə XİN-in rəhbər heyəti və kollektivinin Fəxri Xiyabana, Şəhidlər Xiyabanına və Zəfər Parkına ziyarətinə dair mətbuat məlumatı
09 iyul 2026 13:40
9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə Xarici İşlər Nazirliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edərək Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüblər.
XİN kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil və gül dəstələri qoyub, şəhidlərimin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
XİN kollektivi Zəfər parkını ziyarət edərək, 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış Zəfər Abidəsinin qarşısına gül dəstələri qoyub, onları dərin ehtiramla yad ediblər.