2020-11-26 15:51:35

No:427/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı barədə məlumatı

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar. Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.

Arxiv üzrə axtarış

xin diplomatic service