news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 may 2020

No:118/20, AR Xarici İşlər naziri Elmar Məmmədyarovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığına dair AR XİN Mətbuat xidməti idarəsinin məlumatı

Bu ilin 22 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon söhbəti baş tutub.

Nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq, sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi apardılar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğuladılar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, ölkələr arasında xüsusilə iqtisadi və enerji sahəsində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladılar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi apardılar.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti