2020-04-28

No:083/20, Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun “Minval.az” analitik-məlumat portalına müsahibəsi (Az/Ru)

 

-Belə bir fikir formalaşır ki, bu gün xarici siyasət və beynəlxlaq həyatın gündəliyini bir çox halda COVİD-19 pandemiyası müəyyən edir. Bu pandemiya hamı qarşısında, o cümlədən diplomatlar qarşısında çoxlu vəzifələr qoyub, birinci növbədə isə vətəndaşlarımızın Vətənə qaytarılması məsələsini. Cənab nazir, bu işin miqyasını və burada diplomatların rolunu Siz necə qiymətləndirərdiniz? Ümumiyyətlə, bu sayda insanın evinə geri qaytarılması təcrübədə nə deməkdir?

Həqiqətən də, hazırkı pandemiya dünya ictimaiyyətinin fəaliyyətinin demək olar ki, bütün sahələrinə, o cümlədən beynəlxalq münasibətlər sisteminə təsir edib. COVİD-19 bir növ dünyanın, birinci növbədə isə səhiyyə sisteminin qlobal böhranlara hazırlığı sınağıdır və sözsüz ki, böhrandan sonrakı dünyanın inkişafı yaranmış yeni reallıqlar üzərində qurulacaqdır.

Yaranmış bu presedenti olmayan çətinliyin qarşısını müvəffəqiyyətlə almaq üçün Azərbaycan hökuməti bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısının və Birinci vitse-prezidentin birbaşa rəhbərliyi altında həyata keçirilən bu prosesə dövlətin bütün imkanları səfərbər edilib və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bu imkanlardan səmərəli şəkildə istifadə edilir, çünki burada söhbət Azərbaycan vətəndaşının sağlamlığından, xalqımızın, dövlətimizin təhlükəsizliyindən gedir.

Bəli, düzgün qeyd edirsiniz, böhran çərçivəsində diplomatlarımızın əsas vəzifələrindən biri də xarici ölkələrdə müvəqqəti olan və ölkəyə qayıtmaq istəyən vətəndaşlarımızın geri gətirilməsi olub. Belə ki, XİN və ölkəmizin diplomatik nümayəndəlikləri tərəfindən vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları haqqında məlumatın toplanması və bu xüsusda onlara operativ dəstəyin göstərilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb. XİN tərəfindən yığılan və mütəmadi olaraq yenilənən məlumat daimi əsasda Nazirlər Kabinetinə ötürülür. Hökumətin təxliyə ilə bağlı qəbul etdiyi qərarlar da diplomatik nümayəndəliklərimizin bilavasitə iştirakı və əlaqələndirməsi ilə həyata keçirilir. Məlum olduğu kimi, bu günədək dövlətimiz tərəfindən 15.000-dən artıq vətəndaşımız ölkəyə geri qaytarılıb və qaytarılan vətəndaşlar dövlət hesabına karantinə yerləşdirilib.

Hazırda ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimində ölkəmizə giriş və çıxışın müvəqqəti dayandırıldığını nəzərə alaraq təxliyə məsələlərinə müvəqqəti olaraq fasilə verilmişdi, lakin bu müddətdə belə, “Evə gedirəm” portalı vasitəsilə Rusiyadakı vətəndaşlarımızın ölkəyə geri qaytarılması istiqamətində işlər görülmüşdür. Diplomatlarımız istər Bakıda, istəsə də akkreditə olunduqları ölkələrdə, daha mürəkkəb vəziyyətlərdə öz fəaliyyətlərini davam etdirir, mövcud şəraitdə mümkün dəstəyi göstərmək üçün əllərindən gələni əsirgəmirlər, vətəndaşlarımızın da bu halda həmrəylik və anlayış göstərməsi çox önəmlidir.

 

-Koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlıq. Bu həm humanitar yardımdır, həm də xaricidən bütün lazım olanların gətirilməsi. Azərbaycan, məlum olduğu kimi, bəzi ölkələrə humanitar yardım edib. Burada diplomatların rolu nədən ibarətdir?

Hamımız şahidi olduq ki, pandemiya beynəlxalq səviyyədə əməkdaşlıq, qarşılıqlı yardım və əlaqələndirmənin səmərəliliyinin artırılmasına olan ehtiyacı açıq şəkildə nümayiş etdirdi. Bu böhran, həmçinin böyük və ya kiçik dövlət anlayışını arxa plana keçirərək, müəyyən hallarda hətta kiçik dövlətlərin infeksiyanın yayılması ilə mübarizədə daha səmərəli addımlar atdığını göstərdi. Hətta bəzi kiçik dövlətlərin böyük dövlətlərə yardımlar belə etdiyini gördük bu müddət ərzində.

Beynəlxalq statistika ilə təsdiqlənən ümumi rəyə əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün effektiv mübarizə aparan Azərbaycan da bu cür uğurlu nümunələrə aiddir. Bu mübarizədə qarşılıqlı dəstək və yardım, təcrübə mübadiləsi çox önəmlidir və ölkəmiz də bu prinsipləri hər zaman bölüşür. Diplomatların roluna gəldikdə isə, diplomat müəyyən mənada ölkənin simasıdır, o dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsində ən önəmli vasitəçi və danışıqçılardan biridir. İki ölkə arasındakı münasibətlər istər dostluq, əməkdaşlıq, tərəfdaşlıq, istərsə də ən yüksək strateji müttəfiqlik istiqamətlərində inkişaf edirsə burada sözsüz ki, ölkə rəhbərlərinin siyasi iradəsi, mövqeyi və münasibətləri əsas amil qismində çıxış edir. Eyni zamanda bu münasibətlərin inkişaf etdirilməsində diplomatların üzərinə böyük məsuliyyət düşür. Eləcə də, böhran vəziyyətində diplomatların çeviklik göstərməsi, əlaqələndirmə, qarşılıqlı dəstək və mübadilə məsələlərində fəal şəkildə çalışması vacibdir.

 

-Məsələnin digər tərəfi də var - xaricidə olan, o cümlədən  Azərbaycandakından daha çətin vəziyyətdə olan ölkələrdəki diplomatlarımız. Digər ölkələrdəki diplomatik  missiyalarımızın əməkdaşları tam heyətlə qalıblar? Yoxsa, fövqəladə vəziyyətlərdə olduğu kimi, kimsə qalıb, kimi isə vətənə qayıdıb? Pandemiya dövründə səfirliklər necə işləyir?

Çox vacib məsələyə toxunursunuz, hamılıqla yaşadığımız həqiqətən çətin günlərdə və bəzən böhranının çox ciddi şəkil aldığı ölkələrdə Azərbaycanın diplomatik nümayəndəlikləri öz fəaliyyətlərini davam etdiriblər. Böhran başladığı vaxtdan indiyədək nə bir diplomatımız, nə də diplomatın ailə üzvü Azərbaycana geri qayıtmayıb. Olduqları ölkədə müəyyən olunmuş karantin rejiminə riayət etməklə öz işlərini davam etdiriblər. Akkreditə olunduqları ölkələrdəki vəziyyətdən və mövcud karantin rejimi qaydalarından asılı olaraq, səfirlik və konsulluqlarımız xüsusi rejimdə çalışırlar, vətəndaşlarla telefonlar, elektron məktublar, müəyyən hallarda onlayn vebinarlar vasitəsilə konsulluq xidmətləri göstərirlər.

 

- Çox insanda belə bir fikir formalaşır ki, koronavirus pandemiyası beynəlxalq siyasi həyatı “fasiləyə” çıxarıb. Bu həqiqətən belədirmi? Yoxsa siyasi həyat öz yolunda davam edir?

Pandemiya əlbəttə ki, beynəlxalq fəaliyyətə təsir göstərir, ancaq bunu fasilə adlandırmaq düzgün olmazdı. Böhranın təsiri ilə bəzi görüşlər, səfərlər, o cümlədən beynəlxalq tədbirlər təxirə salınıb. Lakin bir çox görüşlərin fərqli formatda video-konfrans şəklində keçirildiyinin şahidi oluruq. Bu sırada yüksək səviyyəli görüşləri də qeyd etmək olar. Təqdirəlayiq haldır ki,  Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirusla mübarizədə həmrəylik və əməkdaşlıq mövzusuna həsr olunan video-konfrans formatında görüşü baş tutdu, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında zirvə görüşünün keçirilməsi gözlənilir. Öz tərəfimdən həmkarlarım ilə mütəmadi telefon söhbətlərim baş tutur, ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri müzakirə edirik, böhrandan sonrakı tədbirləri planlaşdırırıq, bir sözlə siyasi gündəlik mümkün olduğu qədər davam etdirilir.

 

-Cənab nazir, bu günlərdə sizin Ermənistan XİN-in rəhbəri Zöhrab Mnatsakanyan ilə video-konfrans vasitəsilə danışıqlarınız baş tutdu. Bundan öncə isə Rusiya XİN-in rəhbəri Serqey Lavrovun danışıqların aparıldığı mərhələli plan haqqında bəyanatı səsləndirildi, daha sonra isə Ermənistan XİN-in bu planı onların bəyənmədikləri və bunun əsasında danışıqlar aparmadıqları barədə əsəbi açıqlamaları. Nəticədə bu açıqlamalar və bəyanatlar cəmiyyətdə və sosial şəbəkələrdə çox kəskin reaksiya doğurdu. Bir çoxları sual verdi: əgər Ermənistan qoşunlarını çıxarmaq məsələsini müzakirə etməkdən imtina edirsə, bu ölkə ilə danışıqları davam etdirməyin mənası varmı? Mnatsakanyanın açıqlamalarından sonra İrəvanın mövqeyinin açıq qeyri-konstruktivliyini nəzərə alaraq, danışıqların bu "video raundundan” imtina etməyə dəyməzdi?

21 aprel tarixli görüşün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan əvvəlki danışıqlardan yalnız bir fərqi var idi, o da görüşün məsafədən təşkil olunması idi. Görüş eyni formatda və eyni gündəlik üzrə davam etdi. Azərbaycan tərəfi münaqişənin həlli üzrə aparılan substantiv və nəticəyə yönəlik danışıqları dəstəkləyir və həmişə bəyan etmişik ki, nə qədər ki, münaqişənin sülh yolu ilə həlli imkanları nəzərdən keçirilir, biz ondan istifadə edəcəyik. Eyni zamanda, aydındır ki, Azərbaycanın həm dövlətimizin ali qanununa, həm də beynəlxalq hüquqa istinadən, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində əks olunduğu kimi, beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bütün vasitələrlə bərpa etməyə tam hüququ var.

Görüşdən öncə Rusiya xarici işlər naziri S.Lavrov uzun illərdir ki, danışıqlarda müzakirə mövzusu olan və həmsədr ölkələrin açıqlamalarında açıq şəkildə ifadə olunan münaqişənin mərhələli həlli ilə bağlı mövqeyini ifadə etdi. Buna cavab olaraq, Ermənistan xarici işlər naziri, torpaqların qaytarılmasının nəzərdən keçirilmədiyini bildirdi, eləcə də təhlükəsizlik və xalqların öz müqəddəratı prinsipi ilə bağlı məsələlərə toxundu. Məlum məsələdir ki, bu açıqlama yerli ictimaiyyəti sakitləşdirmək üçün verilmiş bir bəyanat idi. Belə olmasaydı, bəyanatdan bir-neçə saat sonra həmin Mnatsakanyan gəlib video-konfransda danışıqları davam etdirməzdi.

Azərbaycan XİN-i buna münasibətdə nə etdi soruşursunuzsa, Azərbaycan tərəfi sözündə və əməlində bir olduğunu, mövqeyinin dəyişilməz olduğunu, yeganə məqsədinin beynəlxalq tanınmış ərazilərinin işğaldan azad olunması və məcburi köçkünlərimizin hüquqlarının bərpa olunması olduğunu nümayiş etdirdi. Başqa sözlə desək, işğalçı ölkə bu günədək çox bəyanatlar verib, tamamilə əsassız, öz-özünü aldadan, beynəlxalq ictimaiyyəti aldatmağa yönələn açıqlamalar. Yalnız həqiqət isə dəyişilməzdir, beynəlxalq hüququ kobudcasına tapdalayıb, insanların fundamental hüquqlarını pozub sonra hüquqdan, təhlükəsizlikdən dəm vurmaq beynəlxalq birliyin qanun və normalarının heç bir çərçivəsinə sığmır və sığmayacaq da. Ermənistan danışıqlarda küncə sıxışdığını hiss edərək danışıqları pozmağa yönəlik addımlar atır, təxribatlar törədir, onların istədiyi elə budur, məsuliyyəti Azərbaycanın üzərinə atmaqla danışıqlar prosesinə xələl gətirmək. Yalnız bir daha təkrar edirəm, Azərbaycan sözündə və əməlində birdir, biz hər zaman dürüst davranır və qarşımıza qoyduğumuz məqsədə doğru irəliləyirik. Bu işdə beynəlxalq hüquq və ədalət də bizim yanımızdadır.

 

-Sual bir qədər qeyri-peşəkar səslənə bilər,  amma danışıqlarda həqiqətən nə baş verir? Mnatsakanyan yalnız danışmaq və çay içmək üçün gəlir? Yoxsa Ermənistanın "özü" üçün bir mövqeyi, danışıqlarda başqa mövqeyi, digərləri üçün üçüncü bir mövqeyi var?

Ermənistan tərəfinin məntiqindən çıxış edərsək, görüşlərdə iki ölkə naziri və BMT TŞ-nin 3 daimi üzvünü təmsil edən həmsədrlərin, eləcə də bu prosesdə iştirak edən həmsədr ölkələrin nazirlərinin heç bir işi yoxdur və görüşlərə çay içməyə gəlirlər. Məlumdur ki, danışıqlar prosesində bir məxfilik saxlanılır. Danışıqların təfərrüatı açıqlanmır, lakin bu danışıqların ümumi çərçivələri bu günədək dəfələrlə həmsədrlər tərəfindən, eləcə də həmsədr ölkələrin rəhbərləri səviyyəsində verilən bəyanatlarda bildirilib.

Bunların hamısında münaqişənin mərhələli həlli elementləri öz əksini tapıb, yəni münaqişənin nəticələrinin addım-ba-addım aradan qaldırılması, ilkin mərhələdə Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş ərazilərin azad olunması, bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması, Azərbaycan və Ermənistan arasında kommunikasıyaların açılması, Dağlıq Qarabağ bölgəsinin iki icmasının bir müddət birgə yaşaması üçün şərtlərin təmin edilməsi və sonrakı mərhələlərdə bölgənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusu məsələsinə baxılmasını nəzərdə tutulur. Bu elementlərin müzakirə edilmədiyini, danışıqlar masasında heç bir sənədin olmadığını iddia edən Ermənistan tərəfinin öz xalqını aldatmaq əvəzinə, elə özünün də beynəlxalq ictimaiyyət qarşısında razılaşdırdığı kimi xalqını sülhə hazırlaması daha yaxşı olar.

 

– Fikrinizcə, Qarabağ məsələsində diplomatiyanın hələ də şansı varmı?

Danışıqlarda uzun illərdir ki, birbaşa iştirak edən biri kimi şəxsən hesab edirəm ki, münaqişənin danışıqlar yolu ilə həlli imkanı var, yetər ki, tərəflər siyasi iradə nümayiş etdirsinlər. Baxın, müharibənin gətirə biləcəyi dağıntılar və itkiləri yaşamışıq,  münaqişə həll olunarsa bölgədə bərpa olunacaq sülhün bütün bölgəyə gətirə biləcəyi tərəqqini yaxşı anlayırıq, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin nəyi tələb etdiyini bilirik. İşğal faktoru ortadan götürülmədən təhlükəsizlikdən, yüz minlərlə insanın fundamental hüququ bərpa olunmadan insan hüquqlarından bəhs etmək olmaz. Əgər sülh, təhlükəsizlik, normal qonşuluq münasibətləri və nəhayət tərəqqi istəyiriksə münaqişənin qeyd etdiyim ağır nəticələri aradan qaldırılmalı və dövlətlər bir-birlərinin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüklərinə hörmət etməlidirlər. Sülhün başqa bir formulu yoxdur.

 

–Sonuncu sual. Bu gün koronavirus pandemiyasından sonra bizi gözləyən dəyişikliklərin proqnozları və vədləri az deyil. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda karantin artıq ləğv edilir. Diplomatlarımız "post-karantin dövrünə" hazırlaşırlarmı? Əgər hazırlaşırlarsa, necə?

Koronovirus pandemiyasının nə zaman bitəcəyini dəqiq heç kim bilmir, ancaq bəzi ölkələrdə infeksiyaya yoluxanların sayında azalma və müalicə olunanların sayında artım müşahidə olunur, bu sevindirici bir haldır. Bir sıra ölkələr karantin rejiminin yumşaldılması mərhələsinə keçilir. Bilirsiniz ki, ÜST rəhbəri son çıxışında bəzi ölkələrdə virusun yayılmasında düşüş yaşansa da, hələ qarşımızda uzun yolun olduğunu qeyd edib. Hər bir halda, vətəndaşlarımızın sağlamlığının qorunması üçün Prezidentimiz, Birinci vitse-prezidentimiz və hökumətimiz tərəfindən bütün mümkün tədbirlər həyata keçiriləcək, amma bu məsələdə vətəndaşlarımızın da öz vəzifələrini yerinə yetirməsi vacibdir.

Diplomatlarımızın böhran sonrası gündəliklərinə istər Bakıda, istərsə də xarici ölkə paytaxtlarında ikitərəfli və çoxtərəfli formatlarda öncədən planlaşdırılan təşəbbüslərin həyata keçirilməsi daxildir. Bəzi tədbirlərə hazırlıq artıq indidən gedir, planlaşdırmalar və əlaqələndimələr həyata keçirilir. Bilirsiniz, Azərbaycan fəal şəkildə beynəlxalq təşkilatlarda iştirak edir və COVİD19 sonrası mərhələdə bu təşkilatlar çərçivəsində tədbirlərimiz, təşəbbüslərimiz davam etdiriləcək. Birmənalı şəkildə qarşıdan gələn aylarda koronovirus infeksiyasında düşüşün yaşanması, diplomatlarımızın iş rejimində artım ilə müşayiət olunacaq. İndiyə kimi olduğu kimi, bundan sonra da ən layiqli və yüksək səviyyədə ölkəmizə xidmət etmək və onu beynəlxlaq aləmdə təmsil etmək üçün bütün səylərimizi davam etdirəcəyik.

 


 

–  Складывается впечатление, что сегодня повестку дня внешней политики и международной жизни во многом определяет пандемия коронавируса COVID-19. Эта пандемия поставила множество задач перед всеми, в том числе перед дипломатами, где на первом месте была эвакуация наших граждан на Родину. Господин министр, как бы Вы оценили и масштаб этой работы, и роль дипломатов в ней? Что это вообще значит на практике — вернуть домой такое количество людей?

Действительно, текущая пандемия затронула практически все сферы жизнедеятельности мирового сообщества, включая систему международных отношений. COVID-19 стала своего рода проверкой готовности мира в первую очередь системы здравоохранения к глобальным кризисам, и, несомненно, дальнейшее развитие посткризисного мира будет строиться на основе сложившихся новых реалий.

Правительство Азербайджана предпринимает все необходимые меры для успешного преодоления возникших беспрецедентных трудностей. Речь идёт о здоровье граждан Азербайджана, безопасности нашего народа и государства, поэтому все ресурсы государства под непосредственным руководством Президента и Первого вице-президента мобилизованы и эффективно внедряются в достижении поставленных целей.

Да, вы правы, эвакуация наших граждан на Родину, оказавшихся за границей, стала одной из основных задач для наших дипломатов в условиях сложившегося кризиса. Так, министерством иностранных дел и дипломатическими представительствами нашей страны были предприняты безотлагательные меры для сбора информации о гражданах Азербайджана, желающих вернуться на Родину и предоставления им оперативной помощи в этой связи. Собираемая и постоянно обновляемая информация по линии МИДа на постоянной основе переправляется в Кабинет Министров. Принимаемые Правительством решения об эвакуации также выполняются при непосредственном участии и координации наших дипломатических миссий. Как известно, на сегодняшний день более 15 000 граждан Азербайджана были возвращены на Родину, а также помещены в карантин за государственный счёт.

Ввиду ныне действующей временной приостановки въезда и выезда в страну в рамках специального режима карантина процесс эвакуации был вынужденно прерван на определённый срок, но даже в течение этого периода через специально созданный портал «Evə gedirəm» были осуществлены работы по обеспечению возвращения наших граждан из России. Азербайджанские дипломаты как в Баку, так и в странах своей аккредитации, где они работают в более сложных условиях, продолжают свою деятельность и осуществляют всё от них зависящее с целью оказания возможной в существующих условиях поддержки, и очень важно, чтобы наши граждане в этих условиях проявляли солидарность и понимание.

 

– Международное сотрудничество в борьбе с пандемией коронавируса. Это и гуманитарная помощь, и поставки всего необходимого из-за рубежа… Азербайджан, как известно, оказал гумпомощь нескольким странам. Какую роль здесь играют дипломаты?

Все мы являемся свидетелями тому, что пандемия ясно продемонстрировала необходимость повышения эффективности сотрудничества, взаимопомощи и координации на международном уровне. Нынешний кризис также отодвинул понятие большого или малого государства на задний план, показав, что в некоторых случаях даже небольшие государства предпринимают более эффективные шаги для борьбы с распространением инфекции. В последний период мы даже видели, как некоторые малые государства оказывали помощь крупным.

К подобным успешным примерам, по общему мнению, подтверждаемому международной статистикой, относится и Азербайджан, который также демонстрирует эффективную борьбу с целью предотвратить распространение коронавирусной инфекции. Взаимная поддержка и помощь, обмен опытом очень важны в этой борьбе, и наша страна всегда разделяет эти принципы. Что касается роли дипломатов, то дипломат – это в определённом смысле лицо страны, это один из важнейших посредников и переговорщиков в развитии отношений между государствами. Если отношения между двумя странами развиваются будь то в направлении дружбы, сотрудничества, партнёрства, либо же возвышаются до наивысшего уровня стратегического союзничества, то здесь, безусловно, в качестве основного фактора выступают политическая воля, позиция и отношения лидеров обеих стран. В то же время дипломаты несут большую ответственность за развитие этих отношений. Для дипломатов также важно быть гибкими в кризисных ситуациях и активно работать над координацией, взаимной поддержкой и обменом.

 

– Есть ещё одна сторона вопроса — наши дипломаты, которые находятся за рубежом, в том числе в странах, где ситуация значительно тяжелее, чем в Азербайджане. Сотрудники дипломатических миссий остаются в полном составе в других странах? Или же, как это делается при чрезвычайной ситуации, кто-то остался, а кого-то срочно вернули на родину? И как работают посольства в период пандемии? 

Вы затронули весьма важный вопрос: в эти переживаемые повсеместно действительно трудные дни, в том числе и в странах, где кризис принял очень серьёзные обороты, дипломатические представительства Азербайджана продолжают свою деятельность. С начала кризиса ни один наш дипломат, ни члены их семей не вернулись в Азербайджан. Они продолжили свою работу, соблюдая условия карантинного режима, установленного в стране их пребывания. Сообразно с ситуацией в странах, где они аккредитованы, и правилами карантинного режима наши посольства и консульства функционируют в специальном режиме, предоставляя консульские услуги гражданам по телефону, электронной почте и, в некоторых случаях, посредством онлайн-вебинаров.

 

– У многих складывается впечатление, что пандемия коронавируса поставила международную политическую жизнь «на паузу». Это на самом деле так? Или же политическая жизнь идёт своим чередом? 

Пандемия, конечно же, влияет на международную деятельность, но было бы неправильно называть это перерывом. Из-за кризиса некоторые встречи, визиты, а также международные мероприятия были отложены. Однако вместе с тем мы являемся свидетелями того, что многие встречи проводятся в ином формате, например – видеоконференций. В данной связи могут быть отмечены и встречи на высоком уровне. Примечательно, что по инициативе Президента Азербайджанской Республики в формате видеоконференции состоялся саммит Совета Сотрудничества Тюркоязычных Государств, посвящённый вопросам солидарности и сотрудничества в борьбе с коронавирусом, а также ожидается проведение саммита Контактной группы Движения Неприсоединения. Со своей стороны, я регулярно имею беседы по телефону с коллегами, где мы обсуждаем вопросы повестки дня двустороннего сотрудничества, планируем посткризисные меры, одним словом, политическая повестка продвигается вперёд, насколько это возможно.

 

– Господин министр, на днях состоялись Ваши переговоры с главой МИД Армении Зограбом Мнацаканяном — по видеосвязи. А перед этим прозвучало заявление главы МИД России Сергея Лаврова о поэтапном плане, на основе которого ведутся переговоры, затем — истеричные заявления МИД Армении, что им этот план не нравится и на его основе они переговоров не ведут. В результате и эти заявления, и переговоры вызвали весьма резкую реакцию в обществе и социальных сетях. Многие задавали вопрос: имеет ли смысл продолжать переговоры с Арменией, если там отказываются обсуждать вывод войск? И если уж совсем резко, не стоило ли после заявлений Мнацаканяна вообще отказаться от этого «видео-раунда» переговоров ввиду очевидной неконструктивности позиции Еревана?

Единственная разница между встречей 21 апреля и предыдущими раундами переговоров по урегулированию армяно-азербайджанского нагорно-карабахского конфликта заключалась в её дистанционной организации. Встреча продолжилась в том же формате и по той же повестке дня. Азербайджанская сторона поддерживает предметные и ориентированные на результат переговоры по урегулированию конфликта, и мы всегда заявляли, что будем использовать их, пока просматриваются возможности мирного урегулирования. В то же время совершенно очевидно: ссылаясь как на высший закон нашего государства, так и на международное право, Азербайджан имеет полное право на восстановление своей территориальной целостности всеми средствами в пределах его международно-признанных границ, как это зафиксировано в Уставе ООН, Хельсинском Заключительном Акте, Парижской Хартии и известных резолюциях СБ ООН.   

Перед началом встречи министр иностранных дел России С.Лавров высказал свою позицию по поэтапному урегулированию конфликта, которое уже много лет является предметом обсуждения и чётко отражено в заявлениях сопредседателей. В ответ министр иностранных дел Армении озвучил реплику, что вопрос о возвращении земель не рассматривается, а также затронул вопросы безопасности и принципа самоопределения народов. Ясно, что этот риторический выпад был им сделан с целью успокоить внутреннюю аудиторию. В противном случае, тот же Мнацаканян не присоединился бы через несколько часов после данного заявления к продолжению переговоров в формате видеоконференции.

Если вы спросите, что МИД Азербайджана сделал в этом отношении, то азербайджанская сторона показала, что она не расходится в слове и деле, её позиция неизменна, а её единственная цель – освободить международно- признанные территории и восстановить права наших вынужденных переселенцев. Другими словами, страна-оккупант до сих пор озвучила много заявлений, совершенно безосновательных, вводящих в самообман и направленных на обман международного сообщества. Но истина непоколебима: разглагольствования о праве и безопасности после грубейшего попрания международного права и массового нарушения основополагающих прав человека не вписывается и никогда не будет вписываться в какие-либо рамки закона и норм международного общежития. Чувствуя себя загнанной в тупик в рамках переговорного процесса, Армения предпринимает шаги по его срыву, осуществляет провокации. Это и есть то, чего они хотят добиться – нанести урон переговорному процессу, переложив при этом ответственность на Азербайджан. Но, вновь повторяю, Азербайджан един в своих словах и поступках, мы всегда действуем честно и неуклонно движемся в направлении поставленной цели. В этом деле за нами международное право и справедливость.

 

Возможно, вопрос прозвучит несколько по-дилетантски, но что в реальности происходит на переговорах? Мнацаканян приезжает просто поговорить и попить чаю? Или же у Армении одна позиция для «своих», другая — на переговорах, третья — ещё для кого-нибудь? 

Если исходить из логики армянской стороны, то министрам двух стран и сопредседателям, представляющим трёх постоянных членов Совета Безопасности ООН, а также министрам стран-сопредседателей, участвующим в этом процессе, более нечем заняться, кроме как приходить на встречи ради чашки чаю. Известно, что переговоры являются конфиденциальными. Их детали не разглашаются, но общие рамки переговоров до сего дня уже неоднократно были очерчены сопредседателями, а также в заявлениях на уровне руководителей стран-сопредседателей.

Во всех них нашли своё отражение элементы поэтапного урегулирования конфликта, то есть пошаговая ликвидация последствий конфликта, где на первоначальном этапе значится освобождение оккупированных территорий вокруг Нагорного Карабаха, возвращение к родным очагам азербайджанцев, изгнанных с этих территорий, открытие коммуникаций между Азербайджаном и Арменией. Предполагается обеспечение условий для совместного проживания обеих общин Нагорно-Карабахского региона в течение некоторого времени с рассмотрением на последующих этапах статуса региона в рамках соблюдения территориальной целостности Азербайджана. Для армянской стороны, которая утверждает, что эти элементы якобы не обсуждались, а на столе переговоров не лежит какого-либо документа, вместо того, чтобы обманывать своих соотечественников, было бы лучше, не теряя времени попусту, подготовить собственный народ к миру, как она согласилась перед лицом международного сообщества.

 

– На Ваш взгляд, у дипломатии в Карабахе еще есть шанс? 

Как человек, который напрямую вовлечён в переговоры на протяжении многих лет, я лично полагаю, что возможность разрешить конфликт путём переговоров существует, необходимо лишь проявление сторонами политической воли. Посмотрите, мы пережили опустошение и потери, которые может принести война, мы хорошо осознаём прогресс, который может принести в регион восстановление мира, если конфликт будет урегулирован, и мы знаем, чего требуют нормы и принципы международного права. Невозможно говорить о безопасности без устранения фактора оккупации и о правах человека – без восстановления основополагающих прав сотен тысяч людей. Если мы хотим мира, безопасности, нормальных добрососедских отношений и, наконец, прогресса, то указанные мною тяжёлые последствия конфликта должны быть устранены, и государства должны уважать территориальную целостность друг друга в пределах их международно-признанных границ. Другой формулы для мира не существует.

 

– И последний вопрос. Сегодня нет недостатка в прогнозах и обещаниях, какие перемены ждут нас после пандемии коронавируса. Во многих странах, в том числе и в Азербайджане, уже отменяют карантин. Готовятся ли к «посткарантинной эпохе» наши дипломаты? И если да, то как?

Никто точно не знает, когда закончится эпидемия коронавируса, но в некоторых странах наблюдается снижение числа инфицированных и увеличение числа излечившихся, что является отрадным. Ряд стран переходит к процессу ослабления карантинного режима. Как вы знаете, в своем последнем выступлении глава ВОЗ отметил, что, хотя распространение вируса в некоторых странах и сократилось, нам ещё предстоит пройти долгий путь. В любом случае, наш Президент, I Вице-Президент и Правительство осуществят все возможные меры для защиты здоровья и безопасности граждан, но в этом вопросе важно, чтобы и граждане выполняли свои обязанности.

В посткризисную же повестку дня наших дипломатов, будь то в Баку или в зарубежных столицах, включены вопросы реализации заранее запланированных инициатив в форматах двустороннего и многостороннего взаимодействия. Подготовка к некоторым мероприятиям ведётся уже сейчас, осуществляется планирование и координация. Вы знаете, что Азербайджан активно участвует в международных организациях, и на этапе после COVID-19 наши мероприятия и инициативы в этих организациях будут продолжены. Однозначно, что снижение коронавирусной инфекции в ближайшие месяцы будет сопровождаться интенсификацией графика работы наших дипломатов. Как то было до сих пор, мы и впредь приложим все усилия, чтобы на самом достойном (и высоком) уровне продолжать служить нашей стране и представлять её на международной арене.

Arxiv üzrə axtarış

xin diplomatic service