No:387/26, Azərbaycan və Özbəkistan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı
07 oktyabr 2026 21:56
7 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, o cümlədən Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında ədliyyə, təhsil, sərhəd, miqrasiya və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, o cümlədən vətəndaşların hüquq və müdafiəsinin təmin edilməsi üçün qarşılıqlı müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğuıanıb.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.