No:350/26, Nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının sabiq xarici işlər naziri Yermek Koşerbayev ilə telefon danışığına dair mətbuat məlumatı

04 sentyabr 2026 16:19

4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının sabiq xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov Yermek Koşerbayevə fəaliyyəti dövründə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti