No:283/26, Nazir Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığına dair mətbuat məlumatı

20 iyun 2026 17:35

20 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

 

Telefon danışığı zamanı Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, əldə olunmuş razılaşmaların icrası, habelə ticarət, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

Telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti